Trampın Zelenskini postundan uzaqlaşdırmaq planı üzə çıxıb

Dünya

10.03.2025 - 18:02

Həkimlər Klinikalar SEO Xidməti

“Bild”: Zelenski hakimiyyətdə olduğu müddətdə Kiyev üçün bir daha yeni Amerika silahı olmaya bilər

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin hakimiyyətdə olduğu müddətdə Ukraynaya silah tədarükünü dayandırmağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “Bild” yazıb.

“Qapalı qapılar arxasında Tramp Zelenskini Ukrayna Prezidenti postundan getməyə məcbur etməyə çalışır. Necə? Siyasi təzyiq vasitəsilə. Nə qədər ki, 47 yaşlı adam hakimiyyətdədir, Kiyev üçün bir daha yeni Amerika silahı olmaya bilər”, - məqalədə qeyd olunub.

Bildirilib ki, onlar artıq Zelenskini əvəz edəcək adam axtarmağa başlayıblar. Favoritlər arasında 2007-2010-cu illərdə Ukraynanın Baş naziri olmuş Yuliya Timoşenko və ölkənin keçmiş Prezidenti Petro Poroşenko da var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş