"O, həll yolu istədiyini deyir, amma istəmir. Mən Zelenskinin böyük fanatı deyiləm. Onlar bu ölkəni məhv ediblər"
ABŞ prezidenti Donald Tramp iddia edir ki, Ukrayna Prezidenti “Volodimir Zelenski müharibənin sülh yolu ilə bitməsində maraqlı deyil”. AYNA.AZ-ın məlumatına görə, Tramp bunu “Newsmax”a verdiyi müsahibədə deyib.
"O, həll yolu istədiyini deyir, amma istəmir. Mən Zelenskinin böyük fanatı deyiləm. Onlar bu ölkəni məhv ediblər", - deyə Amerika lideri bildirib.
Tramp həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb: "Düşünürəm ki, bizə seçkilər lazımdır. Açığı, düşünürəm ki, Zelenskinin orada çoxdan olduğunu düşünürəm".
ABŞ Prezidentinin sözlərinə görə, əgər Ukrayna müharibəyə son qoymaq istəyirsə, seçkiləri nəzərdən keçirməlidir.
"Düşünürəm ki, bunun vaxtı gəlib çatıb. Əgər onlar münaqişəni həll etmək istəyirlərsə", - deyə Tramp əlavə edib.