Tramp zarafat etmir: Qrenlandiyanı ilhaq etmək niyyətində ciddidir

Dünya

09.01.2025 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

“Tramp gələcək nəsillərin yaddaşında qalacaq davamlı miras yaratmaq vasitəsi kimi ərazilərin genişləndirilməsində maraqlıdır”

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp həm Amerikanın Qərb yarımkürəsində təsir dairəsini genişləndirmək, həm də irsini möhkəmləndirmək üçün Qrenlandiyanı əldə etməkdə ciddidir. AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə onun fikirləri ilə tanış olan üç mənbə bildirib.

Çərşənbə axşamı Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra Danimarkanın xaricdəki ərazilərini əldə etmək üçün hərbi və ya iqtisadi əməliyyatlardan istifadə etməyi istisna etməyib və bu, qlobal qeyri-sabitliyin artdığı bir vaxtda sərhədlərin bütövlüyünü qorumaqdan narahat olan Avropa müttəfiqlərini təəccübləndirib.

Tramp ilk dövründə Qrenlandiyanı əldə etmək imkanından qısaca bəhs etsə də, son şərhləri onun arzusunun keçib gedən şıltaqlıq deyil, köklü bir ambisiya olduğunu göstərir.

Trampla daxili müzakirələr haqqında məlumat verən bir şəxs “Reuters”ə bildirib ki, ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün çətin ki, hərbi gücdən istifadə etsin. Lakin Tramp dünyanın qitə olmayan ən böyük adasını əldə etmək üçün Danimarkaya diplomatik və ya iqtisadi təzyiq kimi digər vasitələrdən istifadə etməkdə ciddidir.

1959-cu ildə iki Amerika ərazisi, Alyaska və Havay, Respublikaçılar Partiyasından Prezident Duayta Eyzenxaueranın dövründə ABŞ-ın 49-cu və 50-ci ştatları olublar.

Trampın başqa bir həmsöhbəti 5 noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra yüksək vəzifəli Tramp rəsmiləri tərəfindən tərtib edilən xarici siyasət prioritetlərinin siyahısını gördüyünü deyib. Onlardan biri dərhal onun diqqətini çəkdi: “Qrenlandiyanın alınması”. Tramp Qrenlandiyanın potensial alınmasını milli təhlükəsizlik imperativi kimi təsvir edib.

Danimarka Trampın şərhlərinə Qrenlandiyanın satılmadığını bildirərək cavab verib. Danimarka yüz illər boyu Qrenlandiyaya nəzarət edir, baxmayaraq ki, onun 57 min əhalisi indi öz daxili işlərini idarə edir.

Trampın müşavirləri bildiriblər ki, yeni Tramp administrasiyası dövründə Amerikanın xarici siyasət resursları və diqqəti Amerika qitəsinə yönələcək. Latın Amerikası siyasətinin planlaşdırılmasında iştirak edən Trampın iki müşaviri deyib ki, Tramp “Amerikanın arxa bağçası” hesab etdiyi bölgədə Çin və Rusiyanın təsirindən şübhələnir.

Onun düşüncəsinə bələd olan üç hazırkı və keçmiş Tramp komandasının üzvü deyiblər ki, Tramp gələcək nəsillərin yaddaşında qalacaq davamlı miras yaratmaq vasitəsi kimi ərazilərin genişləndirilməsində maraqlıdır.

Bildirilir ki, Kopenhagen ABŞ-ın yeni seçilmiş Prezidentinin Qrenlandiyanı ilhaq etmək istəməsi ilə bağlı açıqlamalarına necə cavab verəcəyini düşünür və bunun sadəcə zarafat olmadığına dair siqnallar alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş