Tramp yenə Bayden administrasiyasını günahlandırdı

Dünya

02.01.2025 - 00:50

Həkimlər Klinikalar SEO Xidməti

“Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir”

“Mən ölkəmizə gələn cinayətkarların burada olan cinayətkarlardan dəfələrlə pis olduğunu deyəndə bu bəyanat demokratlar və saxta xəbər mediası tərəfindən daim təkzib edildi. Lakin bunun həqiqət olduğu ortaya çıxdı”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın yeni Prezidenti Donald Tramp Yeni Orleanda baş vermiş hücumla bağlı deyib.

Tramp hadisəyə səbəb kimi Prezident Co Baydenin dövründə ölkədə qanunsuz miqrasiyanı göstərib: “Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir. Ürəyimiz bütün günahsız qurbanlar və onların yaxınları, o cümlədən Yeni Orlean polisinin cəsur zabitlərinin yanındadır”.

“Tramp administrasiyası bu qəddarlıq aktından sonrakı bərpa prosesində və hadisənin araşdırılmasında Yeni Orlean şəhərinin rəhbərliyini tam dəstəkləyəcək”, - deyə yeni Prezident vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş