“Mənim onunla yaxşı münasibətim olub”
ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskın Ağ Evdə narkotik qəbul etmədiyinə ümid edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə dövlət başçısı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Mən həqiqətən bilmirəm. Mən belə düşünmürəm. Ümid edirəm ki, o Ağ Evdə narkotik qəbul etməyib", deyə Amerika lideri qeyd edib.
Tramp əlavə edib ki, onun sahibkarla yaxşı münasibəti olub.
Qeyd edək ki, Maskın Ağ Evdə narkotik qəbul etdiyi barədə xəbərlər yayılıb.