“Bunun öhdəsindən gələ bilməyəcəyimi başa düşsəm, bunu edərdim”
Tədbir zamanı Trampdan koqnitiv qabiliyyətləri pisləşərsə, istefaya hazır olub-olmayacağı soruşulub. “Bunun öhdəsindən gələ bilməyəcəyimi başa düşsəm, bunu edərdim. Səhhətimdə problem yaranarsa, postumu tərk edəcəm”, deyə siyasətçi bildirib.
AYNA xarici mediaya istinadən bildirir ki, siyasətçi hər bir prezidentliyə namizədin peşəkar qabiliyyət imtahanından keçməsini əla ideya adlandırıb və belə bir imtahandan keçməyə hazır olduğunu bildirib.
ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək. İyulun 19-da Donald Tramp Respublikaçılar Partiyasının yenidən prezidentliyə namizədi olmağa razılıq verib.
İyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından çıxdığını elan edib. O, bunu “estafeti yeni nəslə ötürmək” qərarı ilə izah edib. Bayden Demokrat Partiyasının Kamala Harrisin namizəd kimi irəli sürməsini təklif edib.