Tramp seçkilərdə məğlub olduğunu qəbul etmir

Dünya

16.11.2020 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

“Bizim hələ qarşıda böyük yolumuz var”

 

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində məğlubiyyətini qəbul etmədiyini bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp rəqibi Co Bayden yalnız yalançı mətbuat üçün qalib olduğunu açıqlayıb.

 

Ağ Ev rəhbəri “Twitter” səhifəsində yazıb ki, Bayden yalnız feyk-nyusun gözündə qalib gələ bilər: “Mən heç nəyi qəbul etmirəm. Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş