Tramp: “Mənsiz Ukrayna münaqişəsinin həlli mümkün deyil”

Dünya

17.05.2025 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

“Mənsiz razılaşmanın olacağını düşünmürəm, çünki hər iki tərəfdə böyük nifrət var”

ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukraynadakı münaqişənin “mənim iştirakım olmadan” həlli mümkün deyil. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

“Çünki Moskva ilə Kiyev arasında nifrət güclüdür”, - deyə ABŞ lideri qeyd edib.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün olacağına əminliyini ifadə edib: "Mən hiss etdim ki, Rusiya və Ukrayna arasında görüş mənsiz baş tuta bilməz. Mənsiz razılaşmanın olacağını düşünmürəm, çünki hər iki tərəfdə böyük nifrət var. Bizim Putinlə yaxşı münasibətlərimiz var. Düşünürəm ki, razılığa gələ bilərik. Görüşməliyik və yəqin ki, görüşü təyin edəcəyik".

ABŞ Prezidentinin sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Vitkoff “heyrətamiz iş” görüb, lakin mövcud vəziyyətə görə münaqişəni yalnız onun özü həll edə bilər.

Tramp razılaşma əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bir daha vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş