Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” etmək üçün fərman imzalayıb

Dünya

24.01.2025 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Prezident ABŞ-ın rəqəmsal maliyyə texnologiyasında mövqeyini gücləndirmək məqsədi daşıyan sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın rəqəmsal maliyyə texnologiyasında mövqeyini gücləndirmək və ölkəni “planetin kriptovalyuta paytaxtı”na çevirmək məqsədi daşıyan sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə Ağ Evin saytındakı məlumatda qeyd olunub.

Sənəddə deyilir: “Prezident Donald Tramp rəqəmsal maliyyə texnologiyalarının tənzimlənməsinə aydınlıq gətirmək və Amerikanın rəqəmsal aktivlər iqtisadiyyatında qlobal lider kimi mövqeyini təmin etmək, innovasiyaları və bütün amerikalılar üçün iqtisadi imkanları təşviq etmək üçün nəzərdə tutulmuş sərəncam imzalayıb”.

ABŞ Prezidentinin ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” etmək vədini yerinə yetirdiyi vurğulanır.

Sənədin mətnində qeyd edilib ki, sərəncam ABŞ-ın rəqəmsal maliyyə sahəsində liderliyini gücləndirmək üçün rəqəmsal aktiv bazarları üzrə Prezident yanında işçi qrupunun yaradılmasını təklif edir.

Müəllif: Ayna.az