Toyda 32 nəfərin zəhərlənməsi ilə bağlı AQTA araşdırmaya başlayıb

Xəbərlər

19.04.2025 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.

Bu barədə AYNA.AZ-a AQTA-dan bildirilib.

Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş