Tovuzda qəza: piyada ölüb

Hadisə

25.10.2026 - 13:14

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A.Əsgərovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş