Tovuzda narkokuryerlik edən şəxslər tutulublar

Xəbərlər

19.10.2023 - 15:32

cedabet dərman SEO Xidməti

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakinləri Vüqar Məmmədov və Etibar Zeynalov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında respublikanın digər şəhər və rayonlarına aparmağa razılaşıblar. Saxlanılan zamanı Etibar Zeynalova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq olan narkotik vasitə-marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş