Gürcüstan və Ermənistanla danışıqlarda Azərbaycanı Elnur Məmmədov təmsil edəcək
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşündə Azərbaycanı nazir müavini Elnur Məmmədov təmsil edəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, görüşdə regional əməkdaşlıq müzakirə ediləcək.