Tiflisdə qalan Ukrayna vətəndaşlarına bələdiyyə xidmətləri pulsuz oldu

Dünya

09.03.2022 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

"Onlar istənilən xidmətdən pulsuz yararlanmaq üçün Ukrayna pasportunu təqdim etməlidirlər”

Tiflis meriyası Gürcüstana gəlmiş və müharibə başlayandan sonra vətənlərinə qayıda bilməyən Ukrayna vətəndaşları üçün ictimai nəqliyyatı və bələdiyyəyə aid digər xidmətləri pulsuz etmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə Gürcüstan paytaxtının meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

"Biz qərar qəbul etdik ki, bələdiyyənin tabeliyində olan xidmətlər onlar üçün pulsuz olacaq (Ukrayna vətəndaşları üçün - red). Xidmətlərə ictimai nəqliyyat, uşaq əyləncə mərkəzləri, muzeylər, teatrlar, hovuzlar və s.dir. Onlar istənilən xidmətdən pulsuz yararlanmaq üçün Ukrayna pasportunu təqdim etməlidirlər”, - deyə Kaladze bildirib.

Paytaxt meri əlavə edib ki, Tiflis meriyasında "qaynar xətt" fəaliyyət göstərir və istənilən Ukrayna vətəndaşı zəng edib onu maraqlandıran məlumatları əldə edə bilər.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti ölkəyə turizm məqsədilə gələn və hərbi əməliyyatlar nəticəsində vətənə qayıda bilməyən Ukrayna vətəndaşlarının yaşayış və yemək xərclərini tam şəkildə üzərinə götürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş