“Nazirin vəziyyəti reanimasiyada ara-sıra pisləşsə də, onu vəziyyətdən çıxarmaq üçün əlavə nə isə edilməyib"
Bir müddət əvvəl Böyük Britaniyanın Baş Naziri Boris Conson da koronavirusa yoluxaraq xəstəxanalıq olmuşdu. Onun müalicəsi müddətindəki davranışı barədə tibb bacısı maraqlı fikirlər səsləndirib.
AYNA xarici mediaya əsasən xəbər verir ki, ingilis nazir müalicə müddətində özünü vəziyyətə uyğun aparıb.
Tibb bacısı Cenni Mkgee deyib ki, ingilis nazirə digər koronaviruslu xəstələrə göstərilən xidmətin eynisi tətbiq edilib: “Nazirin vəziyyəti reanimasiyada ara-sıra pisləşsə də, onu vəziyyətdən çıxarmaq üçün əlavə nə isə edilməyib. Başqa sözlə, nazir olduğu üçün xüsusi nəzarət, tədbirlər görülməyib. Mən nazirin başının üstündə təyin olunmuş növbəli tibb baclarından biri idim”.
Tibb bacısının sözlərinə görə, Boris Conson müalicəsi müddətində həkimlərin təlimatlarına lazımı formada əməl edib, hətta səbrli olan nazir müalicəni “ofisdə bir başqa gün” kimi dəyərləndirərək zarafatından qalmayıb.
Qeyd edək ki, koronavirus müalicəsindən sonra Baş Nazir işinin başına tam dönməyib. Onun səlahiyyətlərini müvəqqəti olaraq ölkənin Xarici İşlər naziri Dominik Raab idarə edir.