“The Washington Post”: Netanyahu Qəzzanı qeyri-müəyyən müddətə işğal etmək istəyir

Dünya

22.12.2023 - 16:58

cedabet dərman SEO Xidməti

“Bayden administrasiyası isə Təl-Əvivi bölgəni Fələstinin nəzarətinə keçirməyə razı salmaq niyyətindədir”

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının qeyri-müəyyən müddətə işğalını istəyir. ABŞ Prezidenti Co Baydenin administrasiyası isə Təl-Əvivi bölgəni Fələstinin nəzarətinə keçirməyə razı salmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

"Netanyahu bu ideyanı qəti şəkildə rədd etdi, eyni zamanda, onun fikrincə, Qəzzanı kimin idarə etməli olduğunu söyləmədi. Bununla belə, o, İsrailin bu ərazini qeyri-müəyyən işğalı ideyasını irəli sürdü", - nəşr qeyd edib.

Qəzet eyni zamanda vurğulayır ki, Birləşmiş Ştatlar bundan əvvəl regionda barışıq üçün humanitar yardım göndərilməsi məsələsində uğur qazandığı üçün İsrail rəhbərliyini razı salmaq qabiliyyətinə arxayındır.

Bundan əvvəl amerikalı jurnalist Seymur Herş bildirib ki, Netanyahu ABŞ-ın HƏMAS qruplaşması ilə razılaşdığı girov müqaviləsindən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş