Ukrayna ABŞ-ın 1945-ci ildə Naqasakiyə atdığı “Fat Man” bombasına bənzər döyüş başlığı yarada bilər
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Kiyevə dəstəyini dayandırmaq qərarına gəlsə, Ukrayna bir neçə ay ərzində elementar nüvə bombası hazırlaya bilər. AYNA xəbər verir ki, bu barədə “The Times” qəzeti Ukrayna Müdafiə Nazirliyi üçün Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Milli Strateji Araşdırmalar İnstitutunun şöbə müdiri Aleksey Ejakın hazırladığı sənədə istinadən yazıb.
Alim qeyd edib ki, Ukrayna ABŞ-ın 1945-ci ildə Naqasakiyə atdığı “Fat Man” bombasına bənzər döyüş başlığı yarada bilər. O, 80 ildən sonra "sadə atom bombası" yaratmağın çətin iş olmayacağına diqqət çəkib.
Qəzetin istinad etdiyi sənəddə qeyd olunur ki, münaqişə zamanı uranın zənginləşdirilməsi üçün lazım olan qurğuların tikintisinə vaxt tapmasa, Kiyev respublika ərazisindəki nüvə reaktorlarının işlənmiş plutoniumundan istifadə edə bilər.
Alimin fikrincə, yaradılmış nüvə bombası “Rusiya aviabazasını məhv etmək üçün” kifayət edər.