Quru, küləkli hava şəraiti fonunda yaxın günlərdə yanğınların sahəsinin artması riski çoxalır
ABŞ-ın Texas ştatında meşə yanğınları səbəbindən 60 əyalətdə fövqəladə vəziyyət elan edilib. AYNA xarici mediaya istinadən bildirir ki, ştatın qubernatoru Qreq Ebbot 60 əyalətdə fövqəladə vəziyyət elan edib.
“Bu gün mən dağıdıcı meşə yanğınlarının nəticələrini aradan qaldırmaq üçün lazımi resursların sürətlə səfərbər edilməsini təmin etmək üçün fövqəladə vəziyyət elan etdim”, - deyə qubernator bildirib.
Ebbotun sözlərinə görə, quru, küləkli hava şəraiti fonunda yaxın günlərdə yanğınların sahəsinin artması riski çoxalır.
Bundan əvvəl Texas Meşə Təsərrüfatı Xidməti bir neçə əyalətdə meşə yanğınları barədə məlumat vermişdi.