“Tesla” uçan avtomobili təqdim edib

Maraqlı

16.10.2026 - 11:33

“Roadster” sıxılmış qaz buraxan və avtomobilin havadakı mövqeyini idarə etməsinə imkan verən burun sistemi ilə təchiz olunub

Amerika şirkəti “Tesla” nümayiş zamanı maneənin üzərindən uçan, yuvarlanan və əyri rampadan dırmaşan və "tulanan" “Roadster” elektrik idman avtomobilini təqdim edib. AYNA.AZ xəbər verir ki, təqdimat “X” sosial media platformasında canlı yayımlanıb.

Avtomobilin təqdimatı Texasdakı “SpaceX” sınaq poliqonunda baş tutub.

“Roadster” sıxılmış qaz buraxan və avtomobilin havadakı mövqeyini idarə etməsinə imkan verən burun sistemi ilə təchiz olunub.

Təqdimat zamanı izləyicilərə avtomobilin sınaqdan keçirildiyi video nümayiş etdirilib. Avtomobil havaya qalxıb və öz oxu ətrafında fırlanıb.

“Roadster” həmçinin saatda 60 mil (təxminən saatda 97 kilometr) sürətə 0,81 saniyəyə çatıb. Seriyalı istehsal 2028-ci ilə planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş