Tərtərdə mina partlayıb

Hadisə

09.03.2023 - 14:49

Rayon sakini xəsarətlər alıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayon sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb. 

ANAMA-nın Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, 2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb. 

Hadisə ilə bağlı qurum tərəfindən araşdırma aparılır. 

Araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az