Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Hadisə

30.06.2024 - 08:33

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəyə açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az