Tərtərdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə

15.06.2024 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

Tərtər rayonunda 32 yaşlı Əliyev Abil Mətləb oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.

Müəllif: Ayna.az