Tələbələrin köçürülməsinə başlanılıb

Xəbərlər

25.07.2022 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Sənəd qəbulu iyulun 31-dək davam edəcək

Bu gün saat 11:00-dan etibarən tələbələrin köçürülməsi prosesinə başlanılıb. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Sənəd qəbulu iyulun 31-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş