Tələbələr üçün gündə 3 dəfə yemək - aylıq 150 manat

Cəmiyyət

24.07.2019 - 14:48

Şəhərcikdə 4 nəfərlik otaqlarda bir nəfərin qalması 200 manatdır

 

“Tələbələrin yataqxana, gənclərin ev problemlərini araşdıranda maraqlı və xoş bir məlumat aldım. Tikintisini görmüşdüm, istifadəyə verildiyini bilmirdim. Deməli, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən “Univerium” (www.univerium.az) tələbə şəhərciyi (Dədə Qorqud parkının yanında) 632-dən çox tələbə üçün mebellərlə təchiz olunmuş geniş və müasir otaqlar, yeməkxana, camaşırxana, fitness və yoqa üçün zallar, musiqi otağı və s. olan yataqxana bu ildən istifadəyə başlayırmış”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” hesabında ictimai fəal, ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev paylaşım edib. “Şəhərcikdə 4 nəfərlik otaqlarda bir nəfərin qalması 200 AZN, gündə 3 dəfə yemək üçün aylıq ödəniş 150 AZN imiş. Məncə, şəhərin mərkəzi və o şərait üçün elə də pis qiymət deyil”, - deyə o yazıb.

Ayna.az