VI qrant müsabiqəsinə layihə qəbul olunur
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.