Tehranın meri Moskvaya gedəcək

Dünya

30.06.2023 - 18:55

cedabet dərman SEO Xidməti

Zəkani Sobyaninin dəvətini qəbul edib

Tehranın meri Əlirza Zəkani Moskva meri Sergey Sobyaninin Moskvaya səfər dəvətini qəbul edib. AYNA xəbər verir ki, “RİA Novosti” bu barədə İran səfirliyinə istinadən məlumat yayıb.

“Tehran meri cənab Zəkani Sobyaninin dəvətini qəbul etdi. İndi tarixləri razılaşdırırıq. Çox güman ki, səfər sentyabrdan sonra olacaq. Hələlik şərtlər razılaşdırılır”, - deyə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş