Tehrandan gözlənilməz bəyanat: İran Ukraynanın ərazi bütövlüyünə dəstək verdi

Dünya

18.07.2023 - 16:21

cedabet dərman SEO Xidməti

İran XİN başçısı: “Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bu, beynəlxalq hüquqa əsaslanaraq bütün ölkələrin əsas prioriteti olmalıdır”

İran Rusiyadan onun ərazi bütövlüyünə şübhə etdiyi üçün inciyib və birdən-birə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə başlayıb. AYNA “Nournews”a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib.

“Ukraynaya gəlincə, biz hər bir ölkənin, o cümlədən, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bu, beynəlxalq hüquqa əsaslanaraq bütün ölkələrin əsas prioriteti olmalıdır. Təbii ki, biz siyasi dialoq yolu ilə müharibənin bitməsini vurğulamaqda davam edirik”, Abdullahiyan bəyan edib.

Eyni zamanda, Abdullahiyan qeyd edib ki, rəsmi Tehran Rusiyanın Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ilə strateji dialoqdan sonra imzaladığı bəyanatla bağlı Rusiya hakimiyyətinin izahatlarını yetərli hesab etmir.

Qeyd edək ki, bundan əvvəl Rusiya ilə İran arasında İranın ərazi bütövlüyü ilə bağlı münaqişə yaranıb. Belə ki, Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ilə strateji dialoqun nəticələrinə görə Rusiya xüsusən də yuxarıda adı çəkilən körfəzdəki üç adanın İrana məxsus olmasının sual altına qoyulduğu bəyanatı imzalayıb. İran Körfəzdəki adalara sahiblik mübahisəsinə etiraz edib və Rusiyadan bu məsələdə mövqeyini düzəltməyi istəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş