Təbrizlilər sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər
Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.
XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.
Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.