TƏBİB-dən "Omicron"a yoluxanlar barədə AÇIQLAMA

Aktual

21.01.2022 - 12:55

"Omicron" ştammına yoluxmuş 12 nəfərin hər biri tam sağalıb, səhhətlərində heç bir problem yoxdur

"Beynəlxalq təcrübəyə əsasən, hazırda yeni növ koronavirusun “omikron” ştamının yayılmağa başladığı ölkələrdə həmin ştam "delta"nı üstələyir. Həmin ştamın qeydə alındığı bütün ölkələrdə yoluxmaların əksəriyyəti “omikron”la əlaqəlidir. Ona görə də aşkarlanan pozitiv nəticələrin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür". AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, yanvarın 10-da seçmə yolu ilə "omikron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hər biri tam sağalıb, onların səhhətlərində heç bir problem yoxdur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə