Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Xəbərlər

29.05.2023 - 09:19

Teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb

Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtasminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AYNA xəbər verir ki, teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.

Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng-gözəllik verib.

Müəllif: Ayna.az