Sunami təhlükəsi, dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur
Tayvanda 6,0 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mənbə 20 km dərinlikdə yerləşib və təxminən 771 min nəfər əhalisi olan Tainan şəhərindən 53 kilometr şimal-şərqdə olub.
Sunami təhlükəsi, dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.
Eyni zamanda, hadisə şahidləri “Reuters”ə nəzərə çarpacaq dərəcədə zəlzələ olduğunu bildiriblər.