Qara Məşədiyev koronavirusdan dünyasını dəyişib
Azərbaycanın tanınmış dilçi alimi Qara Məşədiyev 82 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. AYNA xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.
Qeyd edək ki, Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Toponimika sektorunun müdiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!