Ölkənin bütün universitetlərində mayın 4-nə qədər tətil elan edilib
Tacikistanda ilk dəfə olaraq koronavirusa yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, ölkədə 15 nəfər koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilib.
Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyi, yoluxanlardan 10 nəfərin Hocand, 5 nəfərin isə Düşənbə şəhərindən olduğunu bildirib.
Digər tərəfdən, Tacikitsan Baş naziri Kahir Rəsulzadənin sədrliyi ilə keçirilən iclasda bütün vətəndaşların məcburi olaraq qoruyucu maskalar taxmasına qərar verilib.
Qərara əsasən, həm də ölkənin bütün universitetlərində mayın 4-nə qədər tətil elan edilib.