Faktla bağlı araşdırma aparılır
Şuşanın Xəlfəli kəndi ərazisində mina partlaması nəticəsində bir nəfərin xəsarət alması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AANA-ya daxil olan məlumatda bildirilir ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.