Şuşada bir nəfər minaya düşüb

Xəbərlər

22.09.2023 - 16:56

Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Şuşanın Xəlfəli kəndi ərazisində mina partlaması nəticəsində bir nəfərin xəsarət alması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində  xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az