Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub

Xəbərlər

10.05.2023 - 17:25

cedabet dərman SEO Xidməti

Prezident və birinci xanım yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AYNA xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Dövlətimizin başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş