Suriyanın yeni hakimiyyəti məktəb proqramında dəyişiklik edir

Dünya

04.01.2025 - 08:11

Həkimlər Klinikalar SEO Xidməti

"Millətin müdafiəsi" sözləri "Allahın müdafiəsi" ilə əvəz edilib

Suriyada yeni hökumətin ictimaiyyətlə məsləhətləşmədən məktəb proqramına dəyişiklik etmək qərarına gəlməsindən narahatlıq artır.

AYNA BBC-yə istinadən bildirir ki, keçid hökumətinin Təhsil Nazirliyinin “Facebook” səhifəsində bütün yaş qrupları üçün yeni tədris planı dərc edilib və bu, açıq şəkildə islamçı meyillərdən xəbər verir - məsələn, "millətin müdafiəsi" sözləri "Allahın müdafiəsi" ilə əvəz edilib.

İslamdan əvvəl Suriyada sitayiş edilən tanrılara istinadlar, onların heykəllərinin təsvirləri də proqramdan çıxarılıb.

Təkamül nəzəriyyəsinin təbiət elmləri kursundan çıxarılması təklif edilib.

Bundan əlavə, yeni hakimiyyət Bəşər Əsəd klanının hakimiyyəti dövrünə aid hər hansı istinadları proqramdan çıxarmağı planlaşdırırlar. Xüsusilə, Bəşər və atası Hafizi vəsf edən şeirlərin öyrənilməsi ərəb dili dərsliyindən çıxarılıb.

Təhsil naziri Nazir əl-Qadri kurrikulumun əsasən dəyişməz qaldığını və onun nəzərdən keçirilməsini və təsdiqini yekunlaşdırmaq üçün ixtisaslaşdırılmış komitələr yaradılana qədər qüvvədə qalacağını söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş