Suriya üzrə yüksək səviyyəli görüş Astanada keçiriləcək

Dünya

20.06.2023 - 01:41

cedabet dərman SEO Xidməti

Türkiyə, İran, Rusiya və Suriya arasında görüş olacaq

Suriya üzrə Astana formatında iyirminci yüksək səviyyəli görüş 20-21 iyun 2023-cü il tarixlərində Astanada keçiriləcək.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu səbəblə Türkiyə, İran, Rusiya Federasiyası və Suriya arasında Dördtərəfli Prosesin Xarici İşlər Nazirlikləri arasında ikinci texniki görüşü Astanada keçiriləcək.

Türkiyəni görüşlərdə xarici işlər nazirinin müavini, səfir Burak Akçaparın rəhbərlik etdiyi qurumlararası nümayəndə heyəti təmsil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş