Bütün gəlirlər Suriya dövlətinin xəzinəsinə gedəcək və işçilərə yerli nəzarət olacaq
Suriyanın yeni hakimiyyət orqanları Aralıq dənizindəki Tartus limanını idarə etmək üçün Rusiya şirkəti ilə bağlanmış investisiya müqaviləsini ləğv edib. AYNA xəbər verir ki, bu barədə “Əl-Vatan”a Tartus gömrük idarəsinin direktoru Riyad Cudi bildirib.
Limanın idarə edilməsindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xəzinəsinə gedəcək və işçilərə yerli nəzarət olacaq.
Cudinin sözlərinə görə, Suriya tərəfi “şirkət tərəfindən müqavilədə nəzərdə tutulan təkmilləşdirmədən istifadə edilən” köhnəlmiş avadanlıqların bərpası ilə də məşğul olacaq.
Qeyd edək ki, 2019-cu ildə Suriya hakimiyyəti Rusiyanın “Stroytransgaz” şirkəti ilə Tartus limanını genişləndirmək üçün 49 illik investisiya müqaviləsi imzalayıb. Rusiyanın dörd il ərzində bu məqsədlər üçün 500 milyon dollar sərmayə qoyacağı güman edilirdi.