“AKM” markalı avtomatlar aidiyyəti üzrə təhvil verilib
Tərtərdə silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən üç ədəd “AKM” markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.