Sumqayıtda zavoddakı yanğın söndürüldü - FOTO

Xəbərlər

29.04.2022 - 09:18

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sumqayıtda zavoddakı yanğın söndürüldü - Sumqayıtda zavoddakı yanğın söndürüldü -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş