Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

Xəbərlər

21.04.2025 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.

AYNA.AZ-ın məlumatına görə, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional böməsinin əməkdaşları məsələni nəzarətə götürüb:

"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb,nəticələrlə bağlı məlumat veriləcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş