Sumqayıtda evdən 63 yaşlı kişinin meyiti tapılıb

Hadisə

26.01.2024 - 22:56

Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib

Sumqayıt şəhərində evdən 63 yaşlı kişinin meyiti tapılıb. AYNA “Report”a istinadən məlumat verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az