Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb. AYNA.AZ məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.
Faktla bağlı araşdırma aparılır.