Sudanda toqquşmalarda ölənlərin sayı 676-ya çatıb

Dünya

14.05.2023 - 23:57

Hərbi əməliyyatlar 5 mindən çox insan yaralanıb

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 676 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı BMT-nin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu ölkədə hərbi əməliyyatlar nəticəsində indiyədək 5575-dən çox insan yaralanıb.

Müəllif: Ayna.az