Su yataqlarının istismarı yenidən qiymətləndiriləcək

İqtisadiyyat

08.05.2022 - 02:45

Səmərəli istifadəyə dair qiymətləndirmə 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əks olunub

Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək. AYNA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.

Müəllif: Ayna.az