Strasburqda Azərbaycan və Ermənistan gənclərinin görüşü keçiriləcək

Xəbərlər

03.06.2022 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

Səfir: "Məqsəd Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakdır"

"Gələn həftə Strasburqda sülh prosesində iştirak etmək məqsədilə Azərbaycan və Ermənistan gənclərinin görüşü keçiriləcək". AYNA xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.

“6-10 iyun tarixlərində Azərbaycan gənclərindən 10 nəfərlik nümayəndə heyəti Strasburqa səfər edəcək. Onlar orada Fransa, Almaniya və Ermənistanın gəncləri ilə görüş keçirəcəklər. Əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakdır. Bu təşəbbüs Brüsseldə müzakirə edilib və ötən ilin dekabrında liderlərin görüşündə razılaşdırılıb”, - deyə səfir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş