Stoltenberq: "Rusiya kimyəvi silahdan istifadəyə bəhanə yaradır"

Dünya

24.03.2022 - 23:51

Həkimlər Klinikalar SEO Xidməti

NATO-nun Baş katibi: "Biz bu cür ritorikalardan narahatıq"

NATO hesab edir ki, Rusiya kimyəvi silahdan istifadə etmək üçün bəhanə axtarır.

AYNA UNİAN-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz bu cür ritorikalardan narahatıq. Rusiya Amerika Birləşmiş Ştatlarını, NATO-ya üzv olan ölkələri Ukraynanın kimyəvi və bioloji silahlardan istifadəyə hazırlıqda ittiham edir. Bununla da Rusiya bu silahdan istifadə üçün bir növ bəhanə yaratmağa çalışır.”, - deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukrayna və Alyansa üzv ölkələrə qarşı ittihamlar tamamilə yalandır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş