Soyğunçuluqda şübhəli bilinən qadın saxlanılıb

Xəbərlər

22.08.2022 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Gəncə polisi əməliyyat keçirib

Gəncə sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.

Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş