Son sutkada 512 nəfər koronavirusa yoluxub

Cəmiyyət

03.08.2022 - 17:39

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusa 512 yeni yoluxma qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 799 983 nəfər koronavirusa yoluxub. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 752 nəfərdir.

Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.

Müəllif: Ayna.az